Bir insana bağlanmaq


Birinə bağlanmaq hissi nə üçün var?

Hər birimiz bioloji olaraq doğuşdan etibarən bir bağlanma sistemi ilə dünyaya gəlirik və bu sistem yaşam boyu çevrəmizdəki digər insanlarla bağ  qurmamıza təsir edir. Emosional ya da fiziki olaraq bir təhlükə hiss etdiyimizdə qorxuruq, həyəcanlanırıq, gərgin oluruq və s. Bu zaman bağlanma sistemlərimiz aktiv hala gəlir.
İlk olaraq doğumdan gələn strategiyamız isə bağlanma fiqurlarımıza yaxınlıq qurmaqdır. Bu zaman özümüzü daha rahat hiss edirik və rahatlıq-güvən hisslərimizi yenidən qazanırıq. Dostlar və romantik münasibətlər isə yetişkin dövrdəki bağlanma fiquru modelimizdir.
Bağlanma nəzəriyyəsi sahəsində ilk tədqiqatlar John Bowlby və Mary Ainsworth tərəfindən aparılmışdır.
Aşağıdakı bağlanma şəkilləri müəyyənləşdirilmişdir:

Güvənli bağlanma hissi

Güvənli bağlanma stilində uşağın valideynləri adətən övladları ilə çox vaxt keçirirlər və digər bağlanma stilləri ilə müqayisədə uşağın ehtiyaclarına daha çox diqqət göstərilir. Güvənli bağlanmış uşaq valideyni getdiyində narahat olur və geri döndüyündə asanlıqla sakitləşir.
Kənar şəxslərlə ünsiyyət və əlaqə əvəzinə isə hər zaman valideynlərinə üstünlük verirlər. Yetişkinlikdə isə, uzun müddətli münasibətlərdə güvənmək, yüksək özgüvənə sahib olmaq, yaxın münasibətlərdən həzz almaq, ehtiyacı olduğunda sosial dəstək axtarmaq və digər insanlara duyğularını, hisslərini rahat paylaşma bacarığına sahib olmaq kimi xüsusiyyətlərə sahib olurlar.

Təşvişli bağlanma hissi

Təşvişli bağlanan uşaqlar isə kənar insanlara qarşı daha çox şübhəcil yanaşırlar. Bu uşaqlar, bir valideyndən və ya baxıcıdan ayrıldıqlarında həssas  şəkildə reaksiya göstərirlər, ancaq valideynlərinin geri dönüşüylə rahatlamış olmurlar. Yetişkin olaraq, təşvişli bağlanma formasına sahib şəxslər, adətən başqalarına yaxın olma mövzusunda istəksiz hissedərlər və partnyorlarının  hisslərinə, duyğularına qarşılıq vermədiyindən təşviş keçirərlər. Adətən münasibətlər onlara soyuq və məsafəli hiss etdirdiyi üçün ayrılıqlara yol açar. 

Utancaq güvənsiz bağlanma

Çəkingən güvənsiz bağlanan uşaqlarda isə valideynlərinə qarşı çəkingən, ehtiyatlı, qaçınma davranışı müşahidə edilir. Bu uşaqlar valideyndən gələn hər hansı diqqət, sevgi, qayğı davranışını rədd etmirlər, amma bu tip davranışlar olmadığı zaman da axtarmaq ehtiyacı hiss etməzlər. Ayrıca güvənli bağlanma stilindən fərqli olaraq valideyn və ya hər hansı kənar şəxslər arasında  bir seçim etməzlər.
Yetişkinlər olaraq, çəkingən  bağlanmaya sahib insanlar, yaxın münasibətlərdə çətinlik çəkməyə meyillidirlər. Bu insanlar münasibətlərdə hədsiz duyğu və hisslər yaşamazlar və bir münasibət sonlandığında çox az narahatlıq yaşayarlar.
Adətən uzun iş saatları, daim məşğul olmaq kimi bəhanələri yaxınlıqdan, münasibətdən qaçma davranışı olaraq istifadə edirlər. Digər ortaq xüsusiyyətləri isə stressli, gərgin vaxtlarda partnyoru dəstəkləyə bilməmək, onlarla duyğu, hiss və düşüncələrini paylaşa bilməməkləridir.

Nizamsız dağınıq bağlanma

Nizamsız bağlanma stilinə sahib olan uşaqlar digər stillərdən fərqli olaraq açıq bir bağlanma stili davranışı göstərməzlər. Dayələrə, ailə üzvü olmayan ikinci şəxslərə qarşı reaksiyaları və davranışları adətən qaçınma və ya dirənmə daxil olmaq üzrə bir neçə davranışın qarışımı olaraq müşahidə edilir.
Bu uşaqlar, bəzən bir dayənin yanında təəccüblü, narahat, həyəcanlı və s. davranışlar nümayiş etdirdiyi halda digər kənar şəxsin yanında sakit davranışlar nümayiş etdirə bilirlər. Valideynlərin tutarsız davranışları, bu bağlanma tərzinə təsir etmə ehtimalı olan bir fakt kimi də dəyərləndirilir. Uşaqlıqda formalaşan bağlanma stilinin sonrakı yaş dövrlərimizdə münasibətlərimizdə mühüm rol oynayır.

Uşaqlıqdakı bağlanma stili yetkin dövrdəki bağlanma stilini formalaşdırırmı?

Yaxın münasibət  içində olan şəxs “bağlanma fiquru” olaraq tanınır. Erkən dövrdə uşağın ehtiyaclarını ödəyən şəxslər (adətən valideynlər) bağlanma fiquru olduğu halda yeniyetməlik, gənclik və yetişkinlik dövrünə doğru romantik partnyor ve yaxın dostlar bağlanma fiqurlar sayılır.
Təşvişli, utancaq və ya nizamsız bağlanma neqativ duyğular, hisslərlə və bir çox psixoloji narahatlıqla əlaqəli olsa da, bağlanma şəkli zamanla müsbət şəkildə yenidən formalaşdırıla bilər.

İnsan bağlanma stilinə uyğun bir partnyor seçməyə meyillidir.

Bu səbəblə, bu mövzuda nə qədər erkən fərqindəlik qazanılsa və bu sahədəki problemlər üzərində işlənilsə, münasibəti sağlam və uğurlu şəkildə davam etdirmək mümkündür.
Uzman.az psixoloq platforması

www.uzman.az | 070 254 96 00

Yazdığı məqalələri: 88 bütün yazılarına bax
Suallara verdiyi cavablar: 0 bütün cavablara bax
Rəy yaz

Öz psixoloqunu tap

-- Seçin --
  • -- Seçin --
  • Kişi
  • Qadın
-- Seçin --
  • -- Seçin --
  • Depressiya
  • Stress
  • Narahatlıq
  • Panik ataklar
  • Özgüvən əksikliyi
  • Diqqət dağınıqlığı
  • Ünsiyyət problemləri
  • Nitq ləngiməsi
  • Fobiya və qorxular
  • Autizm
  • Qısqanclıq
  • Həyəcan pozuntusu
  • Əhval dəyişikliyi
  • Yuxu pozuntusu
  • Yemək pozuntusu
  • Tənhalıq hissi
  • Emosional asılılıq
  • Sosial media asılılığı
  • Alkoqol asılılığı
  • Pis vərdişlər
  • Uşaq psixologiyası
-- Seçin --
  • -- Seçin --
  • Yazılı konsultasiya
  • Səsli konsultasiya
  • Görüntülü konsultasiya
  • Üz-üzə konsultasiya
-- Seçin --
  • -- Seçin --
  • Azərbaycan dilində
  • İngilis dilində
  • Rus dilində
Seçimi təmizlə
Axtar