Neurosis and its treatment


Nevroz nədir?

Nevroz, insanın sosial həyata uyğunlaşma cəhdləri nəticəsində yaranan ciddi və ya qalıcı davranış pozuntusudur. Bu, çətin həyat şəraitindən, şüursuz şəkildə edilən münaqişələri həll etmək üçün uğursuz cəhdlərdən yaranır. Nevroz xəstəliyi anatomik və ya fiziki səbəblərdən qaynaqlanmır, amma çox ciddi bir xəstəlikdir.  Ziddiyyətlərə uyğunlaşa bilməmək gərginlik və narahatlığa səbəb olur. Nevrozun səbəbi dəqiq məlum deyil. Bu xəstəlik müxtəlif vəziyyətlərdə özünü göstərir. Nevrotik reaksiyalardan ibarət olan nevroz  xəstəliyi heç bir səbəb olmadığı halda fiziki şikayətlərə səbəb olur.

Nevrozun əlamətləri 

Nevroz xəstəliyinin əlamətləri müxtəlif şəraitdə müşahidə olunur. Çox vaxt yaşayan emosiyalar həddindən artıq olur. Yuxusuzluq və yorğunluq yaşanır. Nevroz xəstəliyi olan insanlarda tez-tez çarəsizlik hissi də görülür.  Həmçinin, artıq dərəcədə olan günahkarlıq hissi də simptomlar arasındadır.

  • Qəzəb
  • Ümidsizlik
  • Məsuliyyət hissi
  • Yuxusuzluq
  • Təcavüz
  • Zəiflik
  • Daha gənc hiss etmək
  • Bədənin funksional pozğunluğu
  • İnsan münasibətlərində problemlər
  • Ölüm qorxusu
  • Ruh düşkünlüyü
  • Xəstəlik qorxusu
  • Beyindən çıxmayan fikirlər və hərəkətlər
  • Ürək döyüntülərinin sayının artması
  • Patoloji səliqəlilik
  • İştah pozulmaları və s.

Nevroz panik ataklara, oblussiv pozulmalara, təkrarlanan vərdişlərə, qorxulara, müxtəlif bədən ağrılarına, daimi narahatlıq hissinə səbəb olur.

Nevroz xəstəliyinin növləri

Fərqli səbəblərə görə meydana gələn Nevroz xəstəliyinin bir neçə növü var. Bunlara misal olaraq: 

  • Anksiyete nevrozu
  • Histerik nevroz
  • Fobik nevroz
  • Depressiv nevroz
  • Obsesif-kompulsiv nevroz və s.

Anksiyete nevrozu

Anksiyete nevrozu olan şəxslərin yaşadıqları davamlı narahatlıq, fiziki reaksiyalarla özünü göstərir. Misal üçün:döş qəfəsində sıxılma, həddində artıq tərləmə, tənəffüs çətinliyi, ürək döyüntüsü.


Histerik nevroz

Histerik nevroz keçirən xəstələr fiziki olaraq hərəkət etməkdə çətinlik çəkirlər. Heç bir şey olmadığı halda əllərini və ayaqlarını tərpədə, yeriyə bilmədiklərindən şikayətlənirlər.


Fobik nevroz 

Fobik nevrozlu şəxslər gündəlik həyatlarında həddindən artıq qorxu yaşayırlar. Əslində heç bir təhlükəli vəziyyət olmasa da, hər zaman təhlükə hiss edir və bu vəziyyətə reaksiya verirlər.


Depressiv nevroz  

Depressiv nevrozdan əziyyət çəkən insanlar həyatdan tamamilə qopmuş kimi davranırlar. Danışmaq, yemək yemək, hətta nəfəs almaq da onlar üçün lazımsız hərəkətlərə çevrilir. Adətən depressiv nevroz keçirən xəstələrin əksəriyyəti yaşamaq iradəsini itirir.


Obsesif-kompulsiv nevroz

Osesif-kompulsiv nevrozlu şəxslərin beynindəki şişirdilmiş fikirlər daim təkrarlanır. Gələcəklə bağlı bədbin olmanın təsiri ilə beyindəki pis fikirlərlə mübarizə aparırlar.


Nevrozun müalicəsi

Hər hansı bir psixoanalitik müalicənin məqsədi beynin daha yaxşı işləməsinə kömək etməkdir. Bədən yönümlü müalicələr nevrozların müalicəsində yalnız köməkçi rol oynaya bilər. Klassik psixoanaliz müalicəsində bastırılmış düşüncə və ya hadisə üzə çıxarılmağa çalışılır. Beləliklə, nevroz insana ya bastırılmış arzunu tamamilə riskə atmağa, ya da istəyi yüksəltməyə və ya rədd etməyə imkan verir. 

Uzman.az psixoloq platforması

www.uzman.az | 070 254 96 00

Articles Written: 88 View All Articles
Answers to Questions: 0 View All Answers
Elşən write:
15.11.2022
  • mən yaxşı həkim necə tapa bilərəm

Təhminə write:
21.10.2024
Nevrozun zırramasınnanam😔

Rəy yaz

Find Your Psychologist

-- Select --
  • -- Select --
  • Male
  • Female
-- Select --
  • -- Select --
  • Depression
  • Stress
  • Anxiety
  • Panic attacks
  • Lack of self-confidence
  • Attention deficit
  • Communication problems
  • Speech impediment
  • Phobias and fears
  • Autism
  • Jealousy
  • Emotional disturbance
  • Mood swings
  • Sleep disturbances
  • Eating disorders
  • Feeling of loneliness
  • Emotional dependency
  • Social media addiction
  • Alcohol addiction
  • Bad habits
  • Child psychology
-- Select --
  • -- Select --
  • Written consultation
  • Voice consultation
  • Video consultation
  • Face-to-face consultation
-- Select --
  • -- Select --
  • In Azerbaijani
  • In English
  • In Russian
Clear Selection
Search