İntihar son çarədir mi?


İntihar son çarədirmi?

Çox vaxt intihara cəhdlərdə məqsəd ölmək deyil, hiss olunan ağrıları aradan qaldırmaqdır.

Depressiya

İntiharın ən böyük səbəbi depressiyadır. Depressiya böyük kədər, narahatlıq, günahkarlıq və dəyərsizlik hissi, başqalarından uzaqlaşma, yuxu, iştah itkisi və ya adi fəaliyyətlərə maraq olmaması ilə xarakterizə olunan əhval-ruhiyyədir. Depressiyaya düşən insanlar problemlə qarşılaşdıqları zaman çarə tapa bilmirlər. Fikirləri özlərinə qarşı ittihamlarla doludur. İntihar edən insan əslində dözülməz psixoloji ağrıdan xilas olmaq üçün həyatını sonlandırır. Onların fikirlərində mənsiz hər kəsin daha xoşbəxt və rahat olacağı düşüncələri üstünlük təşkil edir. Depressiyada olan kişilər qadınlardan daha çox intihara meyilli olur.

Psixotiklik

Bəzən reallıq qavrayışı pozulmuş psixotik insanlarda həyatı başa vuran davranışlar müşahidə olunur. İnsan düşünə bilər ki, daxili səsi ona özünü öldürməyi deyir. Şizofreniya xəstələrində yüksək intellektə, yüksək təhsil səviyyəsinə və yaxşı düşüncəyə malik olanların da diaqnozdan sonra intihar riski artır. Xəstəliyin ilkin dövründə yaşanan güclü narahatlıq və eşitmə hallüsinasiyalarına müqavimət göstərə bilməmək şizofreniya xəstələrində intihara meylliliyin formalaşmasının əsas amillərindəndir.

Alkoqol və narkotik istifadəsi

Alkoqol və narkotik maddələrin istifadəsindən asılı olaraq insanlar intihara meylli ola bilər. Bu vəziyyətdə, narahatlıq azaldıqca, insan impulsiv reaksiya olaraq həyatına son qoymağı seçə bilər. Spirt və narkotik maddələrin təsiri ilə artan qəzəb və bədbəxtlik hissləri, narahatlığın azalması ilə birlikdə insanın özünə daha asan və qorxmadan zərər vurmasına, hətta həyatına son qoymasına səbəb ola bilər.

Kömək çağırışları

İntihar edən şəxs əslində ölmək istəmir, ancaq ailəsinə və dostlarına nəyinsə səhv olduğunu bildirmək istəyir. İntihara cəhd edərkən onlara çox zərər verməyəcək və əslində ölümlə nəticələnməyəcək üsullar seçməyə çalışırlar. Onların əsas məqsədi səslərini eşitdirməkdir, lakin bəzən bu cəhdlər istəmədən də olsa, ölümlə nəticələnir.

Həyatda ani dəyişikliklər

Bir insanın həyatında ani dəyişikliklər, xroniki xəstəliyə tutulması və ya iqtisadi fəlakətlər ümidsizliyə səbəb ola bilər və insanın onlarla mübarizə aparmaq əvəzinə ölümü seçməsinə səbəb ola bilər. Çünki onun inandığı və adət etdiyi normal həyat tərzi artıq mümkün deyil. Qarşılaşacağı mümkün problemlər və ya həyat şərtlərinin hər an dəyişməsi insana böyük ağrılar verər və insan çətinliklərlə dolu bu həyatı seçməkdənsə ölümün daha qəti bir nəticə olacağını düşünə bilər.

Tanıdığınız biri intihar edirsə, nə edə bilərsiniz?

  • Dinləyin və çox şiddətli olan ağrı və kədərini azaltmağa çalışın.
  • İnsanın ağrı və boşluqdan başqa seçimlərinin olduğunu görməsinə kömək edərək, ölməkdən başqa seçimi olmadığına inandığı perspektivini genişləndirin.
  • İntihar haqqında açıq və sakit danışın. İntiharın qeyri-adekvat bir həll yolu olduğuna dair fikrinizi qoruyun.
  • Bir neçə mütəxəssisdən kömək aldığınızdan əmin olun və heç vaxt təkbaşına bu məsələyə görə məsuliyyət daşımayın.
  • Unutmayın, intihara meyilli insanın dediklərini sirr saxlamaq, onu qorumağa çalışmaq çox risklidir.
Uzman.az psixoloq platforması

www.uzman.az | 070 254 96 00

Yazdığı məqalələri: 88 bütün yazılarına bax
Suallara verdiyi cavablar: 0 bütün cavablara bax
Aslanzadə Nəzrin yazır:
15.10.2023
Az qalıb. Axırda məni də o intahar edənlər siyahısına yazacaqsız. Bu gün intahar edəcəm. Sevgilimdən ayrılıb çox pis depresyaya düşdüyümə görə.................

Məncə intahar son çarədir.


Rəy yaz

Öz psixoloqunu tap

-- Seçin --
  • -- Seçin --
  • Kişi
  • Qadın
-- Seçin --
  • -- Seçin --
  • Depressiya
  • Stress
  • Narahatlıq
  • Panik ataklar
  • Özgüvən əksikliyi
  • Diqqət dağınıqlığı
  • Ünsiyyət problemləri
  • Nitq ləngiməsi
  • Fobiya və qorxular
  • Autizm
  • Qısqanclıq
  • Həyəcan pozuntusu
  • Əhval dəyişikliyi
  • Yuxu pozuntusu
  • Yemək pozuntusu
  • Tənhalıq hissi
  • Emosional asılılıq
  • Sosial media asılılığı
  • Alkoqol asılılığı
  • Pis vərdişlər
  • Uşaq psixologiyası
-- Seçin --
  • -- Seçin --
  • Yazılı konsultasiya
  • Səsli konsultasiya
  • Görüntülü konsultasiya
  • Üz-üzə konsultasiya
-- Seçin --
  • -- Seçin --
  • Azərbaycan dilində
  • İngilis dilində
  • Rus dilində
Seçimi təmizlə
Axtar