Psixi pozuntu və onun müalicəsi


Psixi pozğunluq

Beynəlxalq səviyyədə aparılan araşdırmalar göstərir ki, dünyada milyonlarla insan psixi və davranış pozuntularından əziyyət çəkir. İnsanların davranışlarında, hisslərində dəyişikliyə səbəb olan psixi pozğunluq daha çox gənc və orta yaşda olan insanlarda müşahidə olunur. 

Statistikaya görə hər il dünyada bir milyona yaxın insan intihar edir. 25 milyon insan şizofreniyadan, 38 milyona yaxın insan epilepsiyadan əziyyət çəkir. 200 milyona yaxın insan isə yaşadığı ömründə ən azı bir dəfə depressiyaya düşür. Lakin buna baxmayaraq, bir çox insanlar psixi pozğunluğu olan yaxınları barəsində ətrafda duyulmaması üçün məlumatın gizli saxlanmasını istəyirlər. 

Neyroinkişaf pozğunluqları,anskiyete pozğunluqları, travma və stress, qidalanma, yuxu, asılılıqlar, şəxsiyyət pozğunluqları da psixi pozğunluqlara aiddir. 

Psixi pozğunluqların səbəbləri nələrdir?

İnsanların zehnində yaşadıqları, bəzən fiziki əlamətlərindən daha çox ağırlaşan və emosional dünyalarına ciddi şəkildə təsir edən bir çox psixi sağlamlıq pozğunluqlarının səbəbi hələ də dəqiq bilinmir.  Amma, edilən müşahidələr və aparılan sorğular nəticəsində bioloji,sosial amillərin insanlarda psixi pozğunluqların yaranmasına səbəb olduğu müəyyən edilmişdir.

Psixi pozğunluqların müalicəsi

Psixi pozğunluqların müalicəsi psixoloq seansları və ya dərman üsulları ilə edilir.

Psixoterapevtlər fiziki və zehni problemlərin öhdəsindən gəlmək üçün müxtəlif psixoloji üsullardan istifadə edirlər. Bunlara misal olaraq, məşqlər etmək və ya mütəmadi danışmaq mütəxəssislərin seçdiyi müalicə yollarından biridir. Bu üsullardan istifadə edərkən əsas məqsəd insanların qorxusunu, problemlərini, xoşagəlməz xüsusiyyətlərinin yüngülləşdirilməsi və ya aradan qaldırılmasıdır. 

Psixoterapiya bu üsulları əhatə edir:

  • Dəstəkləyici psixoterapiya
  • Rasional psixoterapiya
  • İdrak, davranış terapiyası
  • Hipnoterapiya
  • Humanist terapevtik üsullar

Psixi pozğunluqların aradan qaldırılması, onlara qarşı müqavimət insanın özündən, fiziki və ümumi psixi xüsusiyyətlərindən asılıdır. İnsanlar zehni sıxıntılara qarşı fərqli reaksiyalar verir. Onların bəziləri tez, asanlıqla sağalarkən, bəziləri isə psixi pozğunluqlarından əziyyət çəkir.

 

Uzman.az psixoloq platforması

www.uzman.az | 070 254 96 00

Yazdığı məqalələri: 88 bütün yazılarına bax
Suallara verdiyi cavablar: 0 bütün cavablara bax
14.01.2023
[hide][/hide]
Özümdən aslı deyil yaşadığım insanlar acı söz deyən kimi tez hirslənirəm cavab qaytarıram və dava dalaş olur bu niyə belədir

Gunel yazır:
03.04.2023
Baş axması pisxi pozuntu ola biler

Rahin yazır:
21.06.2023
Quote: Gunel
Baş axması pisxi pozuntu ola biler
O mendede olur fikirlerim yayinir.problemin hellini tapsaniz menide melumatlandirardiz


20.07.2023
  • Mende səbəb pisxolojidir men deyirəm ki heç yerim olmasın hekimim deyir ki bu sende pisxolojidir pisxoloji olanda bu xəstelik sağalır 2 ildir müalicə aliram

30.07.2023
Salam bağışlayın sizidə narahat edirəm mənim deyəsən pisxi xəstəliyə tutuluram mən nə etməliyəm

Tez tez huşum gedir gəlir əsəbləşirəm 

13.01.2024
Mən ancaq düşünürəm halsız hiss edirəm özümü



Rəy yaz

Öz psixoloqunu tap

-- Seçin --
  • -- Seçin --
  • Kişi
  • Qadın
-- Seçin --
  • -- Seçin --
  • Depressiya
  • Stress
  • Narahatlıq
  • Panik ataklar
  • Özgüvən əksikliyi
  • Diqqət dağınıqlığı
  • Ünsiyyət problemləri
  • Nitq ləngiməsi
  • Fobiya və qorxular
  • Autizm
  • Qısqanclıq
  • Həyəcan pozuntusu
  • Əhval dəyişikliyi
  • Yuxu pozuntusu
  • Yemək pozuntusu
  • Tənhalıq hissi
  • Emosional asılılıq
  • Sosial media asılılığı
  • Alkoqol asılılığı
  • Pis vərdişlər
  • Uşaq psixologiyası
-- Seçin --
  • -- Seçin --
  • Yazılı konsultasiya
  • Səsli konsultasiya
  • Görüntülü konsultasiya
  • Üz-üzə konsultasiya
-- Seçin --
  • -- Seçin --
  • Azərbaycan dilində
  • İngilis dilində
  • Rus dilində
Seçimi təmizlə
Axtar