Pika sindromu nədir?
Gil, torpaq, əhəng və ya şüşə yemək... Uşağınız bu maddələri yeyirmi?
Pika sindromu (yad maddələr yemək vərdişi) adlanan bu pozuntu bəzən orqanizmdə vitamin çatışmazlığı, bəzən də psixoloji problemlərdən qaynaqlanır. Bununla belə, nevroloji şikayətlər də pika sindromunun səbəbləri arasındadır.
Pika sindromunun simptomları:
- Qarın ağrısı - pika sindromunun ən çox görülən və ümumi simptomlarından biridir.
- Uşağın nə yediyinə görə nəcisdə qan ola bilər.
- Qəbizlik və ishal.
- Yediyi maddələrin səbəb olduğu tez-tez infeksiyalar da pika sindromunun əlamətləri arasındadır.
Pika sindromunun səbəbi nədir?
Pika diaqnozu qoyulması üçün uşağın ən azı 2 yaşı olmalıdır. Çünki daha kiçik uşaqlarda ağıza uyğun olmayan maddələri atmaq və yeməyə çalışmaq davranışı görürülür. Pika uşaqlarda valideynlərin ayrılması, uşaq istismarı, valideyn-övlad arasında ünsiyyət pozğunluğu, ailənin laqeydliyi kimi hallarda müşahidə oluna bilər.Pika sindromunun dəqiq səbəbi məlum deyil. Bununla belə, pika daha çox psixo-sosial inkişaf pozğunluqları və bəzən bəzi qida çatışmazlıqları səbəbindən görünür.
Dəmir, kalsium, sink, B1 vitamini və B6 vitamini kimi qida çatışmazlığının da görülə biləcəyi bildirilsə də, pika sindromunun səbəbi açıqlanmır. Məsələn, torpaq yeyən insanlarda görülən dəmir çatışmazlığı xəstənin dəmir əskikliyinə görə torpaq yediyi, yoxsa yediyi torpaqdan dəmir çatışmazlığına səbəb olduğu aydın deyil. Eyni zamanda, dopaminerjik sistemdəki pozğunluğun pika-dəmir çatışmazlığı arasında əlaqə qurduğu dəqiq deyil.
Pika sindromunun müalicəsi:
Pika sindromu olan uşağın təqibi əsas səbəbə görə dəyişir. İlk növbədə, uşağın tam sistem müayinəsi üçün həkimə aparılması lazımdır. Qidalanma çatışmazlığını araşdırmaq və uşağın psixo-sosial və nevroloji inkişafını qiymətləndirmək vacibdir. Bu mərhələdə, lazım gələrsə, uşaq nevrologiyasına və uşaq psixiatriyasına müraciət edilə bilər. Ailə və həkim, həmçinin uşaqlara qarşı zorakılıq kimi ağır depressiyaya və ya aqressiyaya səbəb ola biləcək vəziyyətlərdən xəbərdar olmalıdır.