Sosial Fobiya nədir?


Sosial fobiya nədir ?

Müəyyən sosial vəziyyətlərdə insanların əsəbi olması normaldır. Yeni mühitdə insanlarla ünsiyyət qurmaq və ya ictimai təqdimat etmək kimi hallar hamımızda narahatlıq yarada biləcək vəziyyətlərdir. Ancaq bu narahatlığın nə qədər tez-tez və nə dərəcədə şiddətlə hiss olunduğu nəzərə alınması lazım olan bir məsələdir. Digər insanlarla qarşılıqlı əlaqənin zəruri olduğu sosial vəziyyətlərdə baş verən sıx narahatlıq vəziyyəti sosial fobiya olaraq təyin olunur. Sosial anksiyete pozuntusu da adlandırılan bu vəziyyət başqa insanlar tərəfindən mühakimə olunmaq qorxusundan qaynaqlanır.


Sosial fobiyanın növləri varmı?

Sosial fobiyanın 2 tipi var. Narahatlıqlar bir çox sosial situasiyalarda baş verirsə, ümumi tip, yalnız müəyyən situasiyalarda baş verirsə, qeyri-adi (spesifik) tip adlanır. Ümumi tipə kiminləsə görüşmək və qarşılıqlı əlaqə saxlamaq kimi vəziyyətlər, spesifik tipə isə yemək yemək və ictimaiyyət qarşısında təqdimat kimi performans vəziyyətləri daxildir.

Sosial narahatlığa səbəb ola biləcək vəziyyətlər hansılardır?

Liebowitz Sosial Anksiyete Ölçüsünə görə, sosial narahatlıq pozuqluğu olan insanlarda narahatlığa səbəb ola biləcək bəzi sosial vəziyyətlər bunlardır:

  1. İctimai yerlərdə yemək yemək
  2. Ziyafətdə iştirak etmək
  3. Evdə qonaqların olması
  4. Alınan məhsulun geri qaytarılması
  5. Çox yaxşı tanımadığınız biri ilə göz təması qurmaq
  6. Çox yaxşı tanımadığınız biri ilə fikir ayrılığını bildirmək
  7. Çox yaxşı tanımadığınız biri ilə telefonda danışmaq
  8. Hazırlıqlı və ya hazırlıqsız ictimaiyyət qarşısında çıxış etmək
  9. Kiminləsə görüşməyə çalışmaq
  10. İctimai tualetlərdən istifadə

Sosial fobiyanın əlamətləri

Sosial fobiyası olan bir insanda narahatlığa səbəb ola biləcək sosial vəziyyət tərləmə, ürək döyüntüsü, qızartı, ağız quruluğu, titrəmə və nəfəs darlığı kimi fiziki simptomlar görünə bilər. İnsanlar başqalarının onlar haqqında mənfi düşüncələrə sahib olduqlarını və başqalarının onları tənqid və mühakimə edəcəyini düşünürlər. Bu düşüncələrdən sonra narahatlıq mühitində olmamaq üçün səy göstərmək, göz təmasından qaçmaq kimi davranışlar meydana gəlir. Bəzi hallarda utancaq və ya narahat hiss etmək birbaşa sosial fobiyanın əlaməti kimi qəbul edilə bilməz. Sosial fobiyası olan insanlar qorxularının həddindən artıq və ya əsassız olduğunu bilirlər.


Sosial fobiyanın səbəbləri

Sosial fobiya adətən uşaqlıq və ya yeniyetməlik dövründə başlayır. Ancaq bu, sosial fobiyanın alt tiplərinə görə dəyişə bilər. İnsanın xasiyyəti, genetik meylləri, uşaqlıqda zorakılığa və ya həddindən artıq tənqidlərə məruz qalması, xəstə olması və ya fiziki xüsusiyyətlərində fərq olması sosial fobiyanın mənbəyi ola bilər. 

Bundan əlavə, həddindən artıq qoruyucu və ya başqalarının fikirlərinə çox əhəmiyyət verdiyini göstərən valideynlərin uşaqlarında sosial fobiya müşahidə edilə bilər.

Sosial fobiyanın müalicəsi və diaqnozu

Sosial fobiyası olan insanlar, sıx sosial narahatlıq və qaçınma davranışları səbəbindən məktəbdə, işdə və digər insan münasibətlərində pozulmalarla qarşılaşa bilərlər. İnsanlar bu vəziyyətin onların sosial həyatına mənfi təsir etdiyini bilməli və lazım gəldikdə peşəkar dəstək almalıdırlar. 

"Bilişsel davranışçı terapiya" sosial fobiya üçün ən çox istifadə edilən terapiya formasıdır. İlk növbədə, sosial fobiyanın inkişafının səbəblərini təhlil etmək üçün araşdırmalar aparılır. 

Daha sonra insanın həddindən artıq və idarə olunması çətin olan qayğılarını daha rasional düşüncələrlə əvəz etmək üçün işlər görülür. Terapiya prosesinin uzunluğu və prosesin sonunda əldə ediləcək irəliləyişlər insandan insana dəyişir və insanın temperamenti ilə əlaqədardır. 

Sosial fobiyanın öhdəsindən gəlmək üçün psixoloji dəstək almaq insanın özünə inam qazanmasına və başqaları ilə ünsiyyət qurma bacarıqlarının inkişafına kömək edir.

Uzman.az psixoloq platforması

www.uzman.az | 070 254 96 00

Yazdığı məqalələri: 88 bütün yazılarına bax
Suallara verdiyi cavablar: 0 bütün cavablara bax
Rəy yaz

Öz psixoloqunu tap

-- Seçin --
  • -- Seçin --
  • Kişi
  • Qadın
-- Seçin --
  • -- Seçin --
  • Depressiya
  • Stress
  • Narahatlıq
  • Panik ataklar
  • Özgüvən əksikliyi
  • Diqqət dağınıqlığı
  • Ünsiyyət problemləri
  • Nitq ləngiməsi
  • Fobiya və qorxular
  • Autizm
  • Qısqanclıq
  • Həyəcan pozuntusu
  • Əhval dəyişikliyi
  • Yuxu pozuntusu
  • Yemək pozuntusu
  • Tənhalıq hissi
  • Emosional asılılıq
  • Sosial media asılılığı
  • Alkoqol asılılığı
  • Pis vərdişlər
  • Uşaq psixologiyası
-- Seçin --
  • -- Seçin --
  • Yazılı konsultasiya
  • Səsli konsultasiya
  • Görüntülü konsultasiya
  • Üz-üzə konsultasiya
-- Seçin --
  • -- Seçin --
  • Azərbaycan dilində
  • İngilis dilində
  • Rus dilində
Seçimi təmizlə
Axtar