
Access Bars nədir?
Həyatınızda məna və əhəmiyyət verdiyiniz duyğularınız, düşüncələriniz, inanclarınız və qərarlarınız beyninizdə toplanır və elektrik yükü əmələ gətirir. Bu elektrik yükü başınızdakı 32 enerji nöqtəsində toplanır(zaman, ümid, şüur, yaradıcılıq, güc, nəzarət, şəfa və pul kimi). Access Bars tədqiqatının məqsədi həmin nöqtələrə işləmək və orada əmələ gələn maqnit sahəsini sərbəst buraxmaqdır.
Seans tətbiqçi tərəfindən barmaqların ucları ilə 32 nöqtəyə yumşaq bir şəkildə toxunaraq aktivləşdirilir. Bu nöqtələrdə yığılan enerji sərbəst buraxılaraq, bədəndəki tıxanıqlıqlar aradan qaldırılır. Bizi hər cür vəziyyətlərdən, hisslərdən, mühakimələrdən uzaq, müsbət və ya mənfi, kənara çıxmağa imkan verməyən düşüncələrdən sıfır nöqtəsinə aparmağa imkan verən çox təsirli bir vasitədir. Həm ruhunuzdakı dəyişikliklərin transformasiyasını, həm də bədəninizdəki dəyişikliklərin çevrilməsini təmin edir.
Access Bars sizdən heç nəyi azaltmır, heç bir mənfi qarşılıqlı əlaqə yoxdur, əksinə tətbiq zamanı bar nöqtələriniz üzərində işləyir.
Access Barsın ən çox bilinən faydaları:
- Həddindən artıq hirs meyllərini azaldır.
- Beyin və bədəndəki gərginliyi aradan qaldırır.
- Gündəlik həyatın stresini azaldır.
- Həyatınızdakı kədəri minimuma endirir.
- Qəzəb, yorğunluq, tükənmişlik kimi duyğuların bədəninizdə yaratdığı tıxanmaları aradan qaldırır.
- Depressiyanı aradan qaldıraraq, həyatınıza sevinci qat-qat artırır.
- Qorxu, fobiya və narahatlıqlarınızın aradan qaldırılmasını təmin edir.
- Özünüzü həm rahat həm də enerjili hiss edirsiniz.
- Hamiləlik dövründə asan, rahat və sakit doğuşu təmin edir.
Access Bars zamanı yaranan sehrli suallar
Bu sistemdə insanın həyatı boyu özünə sual verməsi və cavab axtarışında ilişib qalmaması tövsiyə edilir. Cavablar deyil, sualların özü vacibdir. Suallar özünə və ya kainata yönəlmiş və müsbət mənada olmalıdır.
- Əsl mən kiməm?
- Bugün məni hansı təcrübələr gözləyir?
- Əsl məni necə kəşf edə bilərəm?
- Özümü kəşf etməyim üçün nə lazımdır?
Gün ərzində bu tip müxtəlif sualları özünüzə və kainata verə bilərsiniz.
Acces Bars-a kimlər müraciət edə bilər?
Acces Bars hər yaşda olan insanlar üçün faydalıdır. Çünki hər bir kəsin zərərli təsirlərlə qarşılaşma ehtimalı var. Böyüdüyümüz mühitdən, vərdişlərdən, inanclarımızdan və ailəmizdən qaynaqlanan bir çox proseslər bu sistem vasitəsilə həll edilə bilir.