Uşaqlarda qısqanclığın səbəbləri


Uşaqlarda qısqanclığın səbəbi nədir?

Uşaqlarda görülən qısqanclıq hissi yaxşı idarə olunmazsa uşağın inkişafında problemlər yaradır. Bu hissin təməlində ana sevgisini itirmək qorxusunun dayandığını bildirən mütəxəssislər uşağın inkişafında valideyn davranışlarının əhəmiyyətini vurğulayaraq, ananın körpə doğulmamışdan əvvəl digər uşaqları da bu vəziyyətə hazırlamasının böyük əhəmiyyət kəsb etdiyini bildiriblər. 

Qısqanclığı yaxşı idarə etmək lazımdır!

Ailəyə yeni körpə gələn zaman uşaqlarda görülən qısqanclıq hissi təbii olsa da, yaxşı idarə olunmazsa uşağın inkişafında problemlər yarada bilər. Valideynlərin və baxıcıların bacı-qardaş qısqanclığı yaşayan uşağa qarşı davranışları və qısqanclığı necə idarə etmələri, uşağın inkişafı üçün əhəmiyyətlidir.

“Yeni körpə evə gələndə bu, taxt uğrunda mübarizənin başlanğıcı sayıla bilər”

Təbii bir duyğu olan qısqanclığın yaxşı idarə edilməsinin uşağın inkişafı üçün çox əhəmiyyətli olduğunu ifadə edən Mütəxəssis Klinik Psixoloq Esma Uygun, “Yeni bacı/qardaş evə gəldikdə bu, taxt mübarizəsinin başlanğıcı sayıla bilər. ” və sözlərini belə davam etdirdi:

“Uşaq, sahib olduqlarını itirmək qorxusu ilə yanaşı, özünün xüsusi və vacib olduğu qavrayışını itirmək qorxusunu da yaşayır. Uşaqlar 12 yaşına qədər analarının bacı/qardaşlarına görə onları sevməyəcəyini və ya daha az sevəcəyini düşünürlər.

Ana bu prosesi yaxşı idarə edə bilsə bu, uşaqlar üçün əhəmiyyətli bir qazanc olacaq.

Yeni doğulmuş uşağa ayrılan vaxt böyüyü emosional olaraq incidir! Valideynlər təbii olaraq yeni doğulmuş körpəyə daha çox diqqət yetirməlidirlər. Əgər ilk uşaq diqqətə çox öyrəşibsə, yeni bacı/qardaşın gəlişi daha çətin ola bilər. Yeni doğulmuş körpə ilə vaxt keçirərkən, böyük uşaq emosional olaraq diqqətdən kənarda qalmamalı və onunla keyfiyyətli vaxt keçirməyə diqqət yetirilməlidir. Keyfiyyətli vaxt sərf olunarsa, 20 dəqiqə belə çox təsirlidir. Yeni körpə gəldikdə köhnə iş rejiminin pozulmaması da vacibdir. Müəyyən rutinlərdən imtina etmək uşaqda tərk edilmişlik və laqeydlik hissi yarada bilər. 

Uşaqlar arasında müqayisə etməyin!

Yeni körpənin qayğısına qalarkən böyük uşaqdan az-az kömək istənilə biləcəyini ifadə edən Uyğun, “Sən balaca olanda belə idin. Bax, böyümüsən, öz yeməyini yeyə bilirsən. O da  böyüyəcək və sənin kimi bacaracaq, uşaqlıq şəkillərini göstərməklə rəy bildirmək olar”.

Uşaqlarda bacı/qardaş qısqanclığının valideynlərin fərqinə varmadan gücləndirilə biləcəyini vurğulayan Esma Uyğun, körpələrin böyük uşaqlara əmanət edilməməsi lazım olduğunu bildirib.
Uzman.az psixoloq platforması

www.uzman.az | 070 254 96 00

Yazdığı məqalələri: 88 bütün yazılarına bax
Suallara verdiyi cavablar: 0 bütün cavablara bax
Rəy yaz

Öz psixoloqunu tap

-- Seçin --
  • -- Seçin --
  • Kişi
  • Qadın
-- Seçin --
  • -- Seçin --
  • Depressiya
  • Stress
  • Narahatlıq
  • Panik ataklar
  • Özgüvən əksikliyi
  • Diqqət dağınıqlığı
  • Ünsiyyət problemləri
  • Nitq ləngiməsi
  • Fobiya və qorxular
  • Autizm
  • Qısqanclıq
  • Həyəcan pozuntusu
  • Əhval dəyişikliyi
  • Yuxu pozuntusu
  • Yemək pozuntusu
  • Tənhalıq hissi
  • Emosional asılılıq
  • Sosial media asılılığı
  • Alkoqol asılılığı
  • Pis vərdişlər
  • Uşaq psixologiyası
-- Seçin --
  • -- Seçin --
  • Yazılı konsultasiya
  • Səsli konsultasiya
  • Görüntülü konsultasiya
  • Üz-üzə konsultasiya
-- Seçin --
  • -- Seçin --
  • Azərbaycan dilində
  • İngilis dilində
  • Rus dilində
Seçimi təmizlə
Axtar