Demensiyanın əlamətləri


Demensiya nədir?

Demensiya, unutqanlığın ön planda olduğu bir çox xəstəliyə verilən ümumi addır. Xüsusilə yaşlı insanlarda tez-tez rast gəlinən demensiya müxtəlif xəstəliklər nəticəsində yarana bilər. Demensiya, yaddaş təfəkkür və sosial bacarıqlara təsir edən simptomlar qrupunu təsvir edir. 

Demensiya niyə baş verir?

Beynin çoxlu müxtəlif bölgələri var, hər biri müxtəlif funksiyalara cavabdehdir. Müəyyən bir bölgədəki hüceyrələr zədələndikdə, o bölgə normal funksiyalarını yerinə yetirə bilmir. 

Demensiya beynin hüceyrələrinin zədələnməsi nəticəsində yaranır. Bu zədə beyin hüceyrələrinin bir- biri ilə əlaqə qurma qabiliyyətinə maneə törədir. Beyin normal ünsiyyət qura bilmədikdə, düşüncə, davranış və duyğular təsirlənə bilər.

Demensiya əlamətləri:

Demensiyanın ən çox bilinən əlaməti yeni alınan məlumatları unutmaqdır. Bundan əlavə, bir insanın demans hesab edilməsi üçün bu funksiyalardan ən azı ikisi pozulmalıdır- yaddaş, ünsiyyət və dil, diqqət və diqqəti cəmləmə bacarığı, vizual qavrayış.

Simptomlar geri dönməz demensiyanı göstərsə də, erkən diaqnoz bir insana mövcud müalicələrdən maksimum yararlanmağa imkan verir. Həm də gələcək üçün planlar qurmağa vaxt verir.

Mərhələlərə görə demensiyanın əlamətləri hansılardır?

Demensiyanın simptomları erkən mərhələ, ara mərhələ və son mərhələ kimi təsnif edilə bilər.

Erkən mərhələ: 

Demansın erkən mərhələsi çox yavaş irəlilədiyi üçün tez-tez nəzərdən qaçırılır. Ümumi simptomlar aşağıdakılardır:

  • Unutqanlıq
  • Tanış yerlərdə itmək

Aralıq mərhələ:

Demensiya orta mərhələyə keçdikcə əlamətlər və simptomlar daha aydın və məhdudlaşdırıcı olur. Bu simptomlar:

  • Son hadisələri və insanların adlarını unutmaq, evdə itmək
  • Ünsiyyət zamanı çətinliklərlə qarşılaşmaq
  • Şəxsi qayğıya ehtiyacı olmaq
  • Tez-tez eyni sorğu-sualların təkrarlanması

Son mərhələ:

Demensiyanın son mərhələsi tam asılılıq və hərəkətsizliyə yaxındır. Yaddaş pozğunluqları ağırdır və fiziki əlamətlər  daha qabarıq olur. Simptomlara aşağıdakılar daxildir:

  • Zamandan və məkandan xəbərsiz olmaq
  • Qohumları və dostları tanımaqda çətinlik
  • Şəxsi baxımı kömək olmadan edə bilməmək
  • Yeriməkdə çətinlik
  • Aqressiyanı artıra biləcək davranış dəyişiklikləri

Demensiya diaqnozu necə qoyulur?

Demansiyanın diaqnozu üçün xüsusi bir test yoxdur. Kliniki müayinədən sonra həkiminiz sizə sualları olan bir test təyin edə bilər. Digər xəstəliklərdən şüphələnirsə, qan testləri və ya beyin görüntüləmə testləri təyin edə bilər.

Demansın müalicəsi varmı?

Demensiyanın əksər növləri sağalmazdır, lakin əlamətləri və simptomları idarə etməyin bir sıra yolları var:

  • Dərmanlar
  • Terapiyalar və dərmansız müalicə

Evinizi daha təhlükəsiz etmək və dəyişən davranışın öhdəsindən gəlmək üçün bir mütəxəssisdən kömək istəyə bilərsiniz. Məqsəd, yıxılma kimi qəzaların qarşısını almaq, davranışı idarə etmək və sizi demensiyanın irəliləməsinə hazırlamaqdır. Dağınıqlıq və səs-küyün azaldılması demensiyadan əziyyət çəkən insanların diqqətini cəmləməsini və işləməsini asanlaşdırır. Bıçaqlar və avtomobil açarları kimi təhlükəsizliyi təhdid edə biləcək əşyaların gizlədilməsinə ehtiyac ola bilər.

Demensiyanın qarşısını almaq olarmı?

Demansiyanın qarşısını almaq üçün dəqiq bir yol yoxdur, lakin həyat standartlarında bəzi dəyişikliklər demensiyanın başlanğıcını gecikdirə və ya inkişafını ləngidə bilər.

  • Fikrinizi aktiv saxlayın: Oxumaq,tapmacalar tapmaq və söz oyunları oynamaq kimi zehni stimullaşdırıcı fəaliyyətlər demensiyanın başlanğıcını gecikdirə və təsirlərini azalda bilər
  • Fiziki və sosial cəhətdən aktiv olun: Fiziki fəaliyyət və sosial qarşılıqlı əlaqə demensiyanın başlanğıcını gecikdirə və onun simptomlarını azalda bilər. Daha çox hərəkət edin və həftədə 150 dəqiqə məşq etməyi hədəfləyin.
  • Siqarəti buraxın: Bəzi tədqiqatlar göstərir ki, orta yaş və daha yuxarı yaşlarda siqarət çəkmək demensiya və qan damarı xəstəlikləri riskini artıra bilər. Siqarəti tərgitmək bu riskləri azalda bilər.
  • Kifayət qədər vitamin alın: Qanında D vitamini səviyyəsi aşağı olan insanlarda Alzheimer xəstəliyi və digər demensiya növləri daha çox inkişaf edir. D vitamini müəyyən qidalar, əlavələr və günəşə məruz qalmaq yolu ilə əldə edilə bilər. Gündəlik B kompleksi və C vitamini qəbul etmək də faydalı ola bilər.
  • Ürək-damar risk faktorlarını idarə edin: Yüksək qan təzyiqi, yüksək xolesterin, diabet və yüksək bədən kütlə indeksi kimi amillərə nəzarət, bəzi demensiya risklərini azaltmaq üçün vacibdir.
  • Digər sağlamlıq vəziyyətlərinizi müalicə edin: Əgər eşitmə itkisi, depressiya və ya narahatlığınız varsa, bu problemlərin müalicəsi üçün həkimə müraciət edin.
  • Keyfiyyətli yuxu alın: Keyfiyyətli yuxu bir çox xəstəliklərin qarşısını almaq və həyat keyfiyyətini yaxşılaşdırmaq üçün vacibdir.
Uzman.az psixoloq platforması

www.uzman.az | 070 254 96 00

Yazdığı məqalələri: 88 bütün yazılarına bax
Suallara verdiyi cavablar: 0 bütün cavablara bax
Rəy yaz

Öz psixoloqunu tap

-- Seçin --
  • -- Seçin --
  • Kişi
  • Qadın
-- Seçin --
  • -- Seçin --
  • Depressiya
  • Stress
  • Narahatlıq
  • Panik ataklar
  • Özgüvən əksikliyi
  • Diqqət dağınıqlığı
  • Ünsiyyət problemləri
  • Nitq ləngiməsi
  • Fobiya və qorxular
  • Autizm
  • Qısqanclıq
  • Həyəcan pozuntusu
  • Əhval dəyişikliyi
  • Yuxu pozuntusu
  • Yemək pozuntusu
  • Tənhalıq hissi
  • Emosional asılılıq
  • Sosial media asılılığı
  • Alkoqol asılılığı
  • Pis vərdişlər
  • Uşaq psixologiyası
-- Seçin --
  • -- Seçin --
  • Yazılı konsultasiya
  • Səsli konsultasiya
  • Görüntülü konsultasiya
  • Üz-üzə konsultasiya
-- Seçin --
  • -- Seçin --
  • Azərbaycan dilində
  • İngilis dilində
  • Rus dilində
Seçimi təmizlə
Axtar