Həddindən artıq düşünməkdən qaça bilərikmi?


Həddindən artıq düşünmək

Beynimiz hər dəqiqə yüzlərlə fikir istehsal edir və sadəcə bir mövzu haqqında düşünməyimizə imkan verir, daxili səsimiz isə dayanmadan danışa bilər. Bu daxili səs lazımsız vaxt, enerji və diqqət itkisinə səbəb olarsa, normadan artıq düşünməkdən də söz gedə bilər. 

Həddindən artıq düşünmə bizə fizioloji ehtiyaclarımızdan tutmuş, verdiyimiz kritik qərarlara qədər təsir edir. Bəs biz çox düşündüyümüzü necə bilirik? Daim danışılan mövzu əvəzinə nə deyəcəyinizi və ya necə reaksiya verəcəyinizi düşünürsünüzsə, düşüncələrinizlə məşğul olarkən mövzuya diqqət yetirə bilmirsinizsə, daim keçmişi düşünürsünüzsə və eyni şeyi təkrar edirsinizsə, həddindən artıq fikirləşmiş ola bilərsiniz. 

Başınıza gələn hadisələri, pis ssenarilər çıxarıb gələcək üçün narahat olursunuzsa, həddindən artıq düşünürsünüz. Nümunə olaraq ailə üzvləri ilə müzakirəni nəzərdən keçirək, həddindən artıq təfərrüatlı şəxs mübahisədə kimin haqlı və ya haqsız olduğu və ya nəyin haqlı sayıla biləcəyi üzərində düşünməyə meylli ola bilər. 

Həddindən artıq düşünməyə gəldikdə ən çox rast gəlinən problemlərdən biri yuxusuzluqdur. Tədqiqatlar göstərir ki, daimi düşünmək yuxuya getməyi çətinləşdirir, çünki beyin bir çox fikirlərlə məşğul olur. 

Həddindən artıq düşünmək insanın psixoloji vəziyyətinə mənfi təsir göstərməklə yanaşı, həyat keyfiyyətini də aşağı sala bilər. Xüsusən də narahatlıq və depressiya kimi psixoloji problemlərdə uzun-uzadı düşünmə hərəkətinə çox rast gəlinir. Aparılan araşdırmaya görə, həddindən artıq düşünmək psixoloji problemlərin həm səbəbi, həm də nəticəsi sayıla bilər. Nümunə olaraq deyək ki, siz imtahan narahatlığı olan bir yeniyetməsiniz. Bu yeniyetmənin imtahan həyəcanı olduğu üçün imtahanlar haqqında çox düşünməyə meyillidir. Eyni zamanda, çox düşünmək səbəbindən imtahan narahatlığı artır və beləliklə tələbə qarşısına çıxan problemi həll etməkdə çətinlik çəkir. 

Bir şeyi həddindən artıq düşünmək ilə necə mübarizə aparaq?

  1. Fikirlərinizi konkretləşdirin
    Mənfi fikirlər fərziyyələr üzərində qurulur və narahatlığa səbəb olur. Bu fikirlərin həmişə həqiqəti əks etdirmədiyini bilmək üçün konkretləşdirmələr aparmaq faydalı ola bilər. Fikirlərinizi sadalamaqla onları görünən edə bilərsiniz. Bu yolla həm narahatçılığınızın reallığını şübhə altına almaq fürsəti əldə edəcəksiniz, həm də real olmayan narahatlıqlarınızı konkret şəkildə görəcəksiz.
    Məsələn, siz daim ictimaiyyət qarşısında danışmaqdan qorxan bir insan olduğunuzu və danışdığınız zaman ətrafınızdakı insanların sizə güləcəklərini, lağ edəcəklərini düşünürsünüz. Bu vəziyyət haqqında sizi düşündürən səbəbləri sadalamaq, narahatlığınızın əslində baş verənlərlə ziddiyyət təşkil etdiyini və düşüncələrinizə “sadəcə bir düşüncə” kimi yanaşmalı olduğunuzu göstərə bilər.
    Özünüzə düşünmək üçün vaxt təyin edərək, mənfi düşüncələri bir müddət gecikdirə bilərsiniz. Gecikdirməklə həm mənfi düşüncələrin təsirini azaldır, həm də düşüncəni müəyyən vaxta məhdudlaşdırırsınız.
    Məsələn, təsəvvür edin ki, yazacağınız bir məqaləniz var və beyniniz daim keçmişlə bağlı fikirlərlə məşğuldur. Bu şəkildə beyninizə hər ağlınıza gələn fikir üçün “Düşünmək üçün vaxt gözləməliyəm” siqnalını vermiş olursunuz. Bu yolla siz hazırda görəcəyiniz işə diqqətinizi yönəldə və vaxtınızı daha məhsuldar keçirə bilərsiniz.

  2. Həll yoluna diqqət yetirin
    Bir çox insanlar çox düşündüklərinin fərqindədirlər, lakin bu vəziyyətin fərqində olmaq daha çox narahatlığa səbəb ola bilər. Keçmişdə verilən qərarlardan peşman olmağın həll yolu olmadığını dərk etmək sağlam düşüncə prosesinin əlamətidir. Digər tərəfdən, olmasaydı nə olardı? Bu cür hərəkət etməsəm nə olardı? Bu cür retrospektiv sorğular həddindən artıq düşünməyə səbəb ola bilər. İçində olduğunuz vəziyyətdən və zamandan xəbərdar olaraq gələcəyə hesablanmış həllər istehsal etmək həmişə faydalı olacaq.

  3. Düşüncəni fəaliyyətlə əvəz edin
    Zehninizi rahatlaşdıracaq zövq aldığınız bir fəaliyyətlə məşğul olmaq mənfi düşüncələrin öhdəsindən gəlməyə kömək edə bilər.
    Məsələn, kitab oxumaq, rəqs etmək, musiqi dinləmək, alət çalmaq və ya idmanla məşğul olmaq bunlardan bəziləridir. Sizi məşğul edən, vaxtınızı və enerjinizi boşa xərcləyən fikirlərə ara vermək və bunun əvəzinə sevdiyiniz fəaliyyətlərə diqqət yetirmək rahatlıq verə bilər.

Uzman.az psixoloq platforması

www.uzman.az | 070 254 96 00

Yazdığı məqalələri: 88 bütün yazılarına bax
Suallara verdiyi cavablar: 0 bütün cavablara bax
Rəy yaz

Öz psixoloqunu tap

-- Seçin --
  • -- Seçin --
  • Kişi
  • Qadın
-- Seçin --
  • -- Seçin --
  • Depressiya
  • Stress
  • Narahatlıq
  • Panik ataklar
  • Özgüvən əksikliyi
  • Diqqət dağınıqlığı
  • Ünsiyyət problemləri
  • Nitq ləngiməsi
  • Fobiya və qorxular
  • Autizm
  • Qısqanclıq
  • Həyəcan pozuntusu
  • Əhval dəyişikliyi
  • Yuxu pozuntusu
  • Yemək pozuntusu
  • Tənhalıq hissi
  • Emosional asılılıq
  • Sosial media asılılığı
  • Alkoqol asılılığı
  • Pis vərdişlər
  • Uşaq psixologiyası
-- Seçin --
  • -- Seçin --
  • Yazılı konsultasiya
  • Səsli konsultasiya
  • Görüntülü konsultasiya
  • Üz-üzə konsultasiya
-- Seçin --
  • -- Seçin --
  • Azərbaycan dilində
  • İngilis dilində
  • Rus dilində
Seçimi təmizlə
Axtar